AZ

Səliqəli görünüş insanı daha gənc və enerjili hiss etməyə kömək edir

Oklahoma Dövlət Universitetinin (ABŞ) alimləri belə qənaətə gəliblər ki, səliqəli xarici görünüş insanı daha inamlı və gənc hiss etdirir.


Aztibb.az “HandyNews” portalına istinadən xəbər verir ki, tədqiqatçılar 50-80 yaş arası 2000-dən çox iştirakçı arasında aparılan sorğudan əldə edilən məlumatları təhlil etdikdən sonra belə qənaətə gəliblər.


İnsanın öz xarici görünüşünün qavranılması yaşa bağlı dəyişikliklərə münasibətdə əks olunur. İnsan öz görünüşünə nə qədər yüksək qiymət verərsə, onun ümumi əhval-ruhiyyəsi bir o qədər müsbətdir.


Tədqiqat işi “Psychology and Aging” jurnalında dərc edilib.

Seçilən
191
35
Mənbələr
Şərh ()
Bağla