AZ

İsrail döyüş təyyarələri Suriyanı BELƏ VURDU -Ölənlər və yaralananlar var

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın şimal-qərbindəki Hələb vilayətində hava limanına və hərbi zavodlara zərbələr endirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 36 Suriya əsgəri ölüb.

Çoxlu sayda yaralının olduğu bildirilib.

Hücumla bağlı İsrail və Suriya tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd olunub ki, martın 17-də İsrail döyüş təyyarələri Kalamon bölgəsində bir çox nöqtəni hədəf alıb. 2011-ci ildə başlayan müharibədən bəri İsrail vaxtaşırı Hələb və Dəməşq hava limanlarına, İranın dəstəklədiyi qruplara və Suriya ordusunun hərbi məntəqələrinə hücumlar təşkil edir.

Musavat.com

Seçilən
34
13
Mənbələr
Şərh ()
Bağla