AZ

İsrail və ABŞ-ın hərbi hava qüvvələri DÖYÜŞƏ HAZIR vəziyyətə gətirilib - VİDEO

İsrailin müdafiə naziri Yoav Qallant ölkənin Silahlı Qüvvələrin komandanlığı ilə təcili iclas keçirir.

Bizim.Media xəbər verir ki, İsrailin Hərbi Hava Qüvvələrinin (HHQ) müdafiə və hücum sistemləri döyüş vəziyyətinə gətirilib.

Qeyd edilib ki, onlarla hərbi təyyarə səmada hazır vəziyyətə gətirilib. Həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing KC-135R Stratotanker təyyarəsi İraq və Fars körfəzi üzərində döyüş vəziyyətinə gətirilib.

Xatırladaq ki, ABŞ bazar günü səhər İranın İsrailə hücum edəcəyini ehtimal edir.
 

Bizim.Media
 

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla