AZ

Təbriz şəhəri Şahnaz küçəsinin tarixçəsi haqqında

Təbriz şəhərinin birinci və əsas küçələrindən biri Şahnaz küçəsidir. Lakin küçənin adının hansı şəxsiyyəti təmsil etdiyi barədə çoxlarının məlumatı yoxdur.

“Görəsən Tehranda  hərəsi min tümən və başqa sözlə bir və yaxud bir neçə gecə əyyaşlıqlarının xərcini qadınların təhsilinə ayırmaqla bu ölü xalqın dirilməsinə sərf edə bilən 100 kişi yoxdurmu?!” Şahnaz Rüşdiyyə
شهناز

Şahnaz qadınların təhsilinin vacibliyi barədə bu sözləri 1920-ci ilin payızında yazdığı məqaləsində deyib. 
O, həmin vaxt 20 yaşında cəsarətli bir qız olaraq Qadınların Məktubu anlamında olan “Nameyi Zənan” qəzetində İranda qadınazidd və ataxaqan cəmiyyətinin canına od salmışdır. 

Şahnaz 1901-ci il Tehran şəhərində doğulub. Ərinin soyadını daşıyan Şahnaz Azad məşhur Mirzə Həsən Rüşdiyyənin böyük qızı olub. 

Mirzə Həsən Rüşdiyyənin özü İranda müasir təhsilin təməlini qoyan Güney Azərbaycanın şəxsiyyətlərindən biri hesab olunur. 

Rüşdiyyə İran cəmiyyətinin qadınlara və təhsilinə xor baxdığı zamanlarda ibtidai məkəbin direktoru olub.

O, həmin vaxt Şahnaz və digər qızını təhsil üçün oğlan geyimində məktəbə daxil edərək onlara kimsəyə qız olduqlarını deməməyi tapşırıb. 

Şahnaz 16 yaşında olarkən tanınmış jurnalist Əbulqasım Azad Mərağeyi ilə evlənib. 

Yoldaşı ziyalı oluğuna görə onun təhsili və sosial fəaliyyətlərinə qarşı çıxmayıb və ona fəaliyyətləri üçün daha da artıq zəmin yaradıb. 

O, 1920-ci ildə həyat yoldaşı ilə birgə Qadınların Məktubu qəzetinin nəşr edilməsi qərarına gəliblər. 

Qəzet öz zamanının qabaqcıl və cəsarəti nəşri olaraq ataxaqanlıq cəmiyyətini tənqid atəşinə tutur. 

Qəzetin baş məqalələrini 19 yaşında olarkən Şahnazın özü yazır və qəzetin ilk nömrəsində deyib:

“görən gözlərimizlə, eşidən qulaqlarımız və sağlam ayağımızla inkişaf magsitralında irəli getməyimizə nə mane olur? - mövhumat və irtica”.

Şahnaz atasını nümunə götürərək 1951-ci ildə Sitarə qız məktəbi və Şahnaz Uşaq Baxçasının təməlini qoyur. 

Azərbaycanıın qadın şəxsiyyətlərindən biri Şahanz Azad 1961-ci ildə dünyasını dəyişib.  

Təbriz şəhərinin məşhur Şahnaz küçəsinə onun adı qoyulub. 

Qeyd edək ki, İran hakimiyyəti Şahnaz küçəsinin adını dəyişdirib. Küçə hazırda Şəriəti adını daşıyır. Lakin xalq bu ada etinasız yanaşaraq küçəni əsil adı ilə tanıyır və səsləndirilər. 

visiontv.az



Seçilən
99
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18889
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18776
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17985
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17265
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15762
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15346
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15115
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15014
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11469
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11101
"Zaur, yenə çaşdın..." - VİDEO
8703
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7778
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7128
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6999
Minimum əmək haqqı nə qədər arta bilər?
6933
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6682
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5840
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5692
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5605