AZ

"Unibank" biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

"Unibank" “Biznes mobil bankçılıq” nominasiyası üzrə ən yaxşı iyirmi bankdan biri seçilib.

"Unikal" xəbər verir ki, "Unibank" bu nominasiyaya görə,  Azərbaycan bankları arasında ilk üçlükdə yer alıb. Qərar “SME Banking Club” beynəlxalq platformasının “Business Mobile Banking -2024” araşdırmasının nəticələrinə əsasən verilib. Proses 10-dan artıq ölkənin 30-dan çox biznes mobil tətbiqi üzərində aparılıb.  

Araşdırma zamanı “Unibank”ın biznes mobil bankçılığı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2024-cü il üzrə TOP-20 ən yaxşı biznes mobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazar şəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobil bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib.  

Qeyd edək ki, “Unibank”ın biznes müştəriləri üçün hazırladığı UBank Biznes tətbiqini yeniləndikdən sonra sahibkarların mobil əlavəyə marağı daha da artıb. Biznes sahibləri tərəfindən mobil tətbiqin yüklənməsində qısa müdətə 50%-dən çox artım olub. Hazırda UBank Biznes mobil əlavəsini yükləyən aktiv biznes müştərilərinin sayı 10 mini ötüb

 Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

"Unibank" - Sənin Bankın!

Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16724
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15743
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13833
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12731
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9836
"Zaur, yenə çaşdın..." - VİDEO
7983
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6745
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6367
Minimum əmək haqqı nə qədər arta bilər?
6143
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5435
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5327
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4601
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4331
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4263
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3306
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3306
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3076
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3036