Belədə maraq doğuran məsələ Ağdam təmsilçisinin rəsmi mükafatlandırma mərasiminin bu gün keçirilib-keçirilməyəcəyidi. Bununla bağlı PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Qurum rəsmisi “Football-plus.az”a belə dedi:
“Qarabağ” bu gün çempion olsa belə, PFL tərəfindən hansısa mərasimin keçirilməsi nəzərdə tutulmayıb. Qızıl medallar və kubok 35-ci turda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz”la matçdan sonra komandaya təqdim olunacaq. Mərasim də həmin gün baş tutacaq”.
KƏNAN BAHADIR