AZ

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib.

Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətində sahibsiz it hücum edərək, ayaq və bud nahiyəsindən dişləyib. Nəticədə uşaq xəsarətlər alıb.

Bu barədə Bizim.Media-ya “Yeni Baxış İctimai Nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. İddiasına görə, məktəbin həyətində itin hücumuna məruz qalan və xəsarət alan şagirdə yerində nə köməklik olunub, nə də ona təcili yardım çağırılıb. Vüqar Əmirov deyib ki, şagirdin valideyni hadisədən xəbər tutan kimi məktəbə gəlib və uşağı özü xəstəxanaya çatdırıb.

Həmçinin bildirib ki, şagirdin ailəsi uşağı əvvəlcə qəsəbədə yerləşən 18 saylı Təcili Tibbi Yardım Stansiyasına aparıb. Amma tibb müəssisəsinin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməyiblər. Yarım saat qapının açılmasını gözlədikdən sonra növbədə olan həkim yuxulu vəziyyətdə qapını açıb, quduzluğa qarşı vaksinləri olmadığını deyərək yaralı uşağa heç bir müdaxilə etmədən xəstəxanaya yönləndirib.

Məsələ ilə bağlı şagirdin əmisi Zahid Vəliyev deyib ki, uşağın vəziyyəti indi yaxşıdır, ona Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında quduzluğa qarşı peyvənd vurulub və ambulator müalicə üçün evə buraxılıb:

“Uşaq evə gəldi, çox qorxmuşdu. Bud nahiyəsindən 3 yerdən xəsarətlər alıb. Hadisə ilə bağlı nə müəllimin, nə də məktəbin xəbəri olub. Sonradan məlumat alıblar. Uşaq da qorxduğu üçün müəlliməsinə bildirməyib. Uşağı 18 saylı Təcili Tibbi Yardım Stansiyasına apardıq. Qapını açmadılar. Xeyli döydüm, 20 dəqiqədən çox keçdi. Sonra bir həkim yuxulu vəziyyətdə qapını açdı. Məsələni bildirəndən sonra “bizlik deyil” dedi. Həkimə “xəstə maşındadı, bir gəlin, heç olmasa yaralarına baxın, aptek yaxındadır, yod, filan lazımdırsa, alım verim” dedim. Həkim “yox-yox, bizlik deyil, ancaq Mərdəkana aparın” dedi. Uşağı xəstəxanaya çatdırdıq, yaraları təmizləndi, vaksin vuruldu və sarğı edilib evə buraxdılar”.

18 saylı Təcili Tibbi Yardım Stansiyasının işindən gileylənən Zahid Vəliyev tibb müəssisəsinin qapısının bağlı olması səbəbini anlamadığını deyib:

“Təxminən saat 5 olardı ki, təcili yardıma yaxınlaşmışdıq. Bu saatda tibb müəssisəsinin qapısı xəstələrin üzünə niyə bağlansın ki? Biz deyil, ağır xəstə gəlsə, nə olacaq? Anlamıram... Yuxulu vəziyyətdə qapıya çıxan həkimin məsuliyyətsizliyi isə müzakirə mövzusu ola bilməz”.

Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Kərim Dadaşov hadisənin məktəbin həyətində baş verdiyini təsdiqləyib və şagirdin nəzarətsiz qalması iddiaları ilə razılaşmadığını bildirib:

“Bəli, belə bir hadisə olub. İtin hücumuna məruz qalan şagirdimiz nəzarətsiz qalmayıb. Digər uşaqlarla birgə həyətdə tərbiyəçinin yanında dayanıb. Sadəcə olaraq həmin şagirdimiz digər sinif yoldaşı ilə bir qədər aralanıb və bu bir anlıq tərbiyəçinin gözündən yayınıb. Məktəbin həyətində olan itin hücumuna məruz qalıb. Mən özüm də saat 7-yə qədər məktəbdə olmuşam. Uşaq heç nə deməyib deyə hadisədən həmin an xəbərsiz olmuşuq.

Yoxsa öz maşınımla xəstəxanaya aparardım və müayinə etdirərdim. Şükür ki, uşaq normaldır. Heç kim belə hadisələrdən sığortalanmır. Təsadüf nəticəsində baş verən hadisədir. Yəni biləsiniz ki, uşaqlar orada nəzarətsiz deyillər”

18 saylı Təcili Tibbi Yardım Stansiyasının qapısının bağlı olması və həkimlərinin xəstəyə etinasız münasibəti ilə bağlı TƏBİB-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat verəcək.

Seçilən
197
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15096
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15070
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14991
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12672
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11134
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9006
"Zaur, yenə çaşdın..." - VİDEO
7685
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5826
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5107
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4502
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4450
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4108
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4022
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3805
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3129
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3107
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2875
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2864
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2710