AZ

Dövlət Agentliyi: Orqanizm funksiyasının 100 faiz pozulması həmin şəxsin həyatını itirməsi mənasına gəlmir

Orqanizm funksiyasının 100% pozulması məsələsinə aydınlıq gətirilib.

APA xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamenti müdirinin müavini İlkin Yusifov bildirib. O deyib ki, bu, bəzi insanların düşündüyü kimi həmin şəxsin həyatını itirməsi mənasına gəlmir:

“Ölüm insan orqanizminin bioloji funksiyalarının tam dayanmasıdır. Orqanizmin funksiyasının pozulması dedikdə isə vətəndaşın təhsilalma, əmək, məkanda hərəkət, özünə qulluq qabiliyyətini tam yerinə yetirməsi üçün orqanizminin öz funksiyasını nə dərəcədə yerinə yetirə bilməsi nəzərdə tutulur”.

İlkin Yusifov, həmçinin xatırladıb ki, vətəndaşın bir neçə xəstəliyi olduğu halda onun ayrı-ayrılıqda orqanizm funksiyalarının pozulması (minimum 35% olmaqla) hesablanaraq bunun cəmi əsasında əlillik təyin edilir:

“Köhnə meyarlarda bu, belə deyildi. Vətəndaşın bir neçə xəstəliyi var idisə, bu zaman ancaq ən yüksək patologiya götürülürdü, digərlərini nəzərə almaq mümkün deyildi”.

İxtisaslaşmış tibb müəssisələrinin rəyinin vacibliyi barədə sualı cavablandıran İlkin Yusifov söyləyib ki, qaydalara görə, son 6 ay ərzində davamlı müalicə olunduqdan sonra orqanizmin pozulmuş funksiyaları bərpa olunmadığı halda əlillik üçün göndəriş verilə bilər:

“Buna görə hansı müalicələr aparılıb, nəticəsi nə olubsa, bununla bağlı tibb müəssisələrinin rəyi əsasında epikrizlər tələb olunur”.

Seçilən
83
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17639
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17341
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16372
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14799
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13794
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11013
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10368
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9555
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9437
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
8943
"Zaur, yenə çaşdın..." - VİDEO
8312
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7157
Minimum əmək haqqı nə qədər arta bilər?
6507
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6152
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5862
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4971
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4832
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4700
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4001