AZ

“ABŞ-nin Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür” – Fox


ABŞ-nin Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği azı 113 milyard dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” kanalı Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, senator Ceyms Devid Vensin (Respublikaçı, Ohayo ştatı) sorğusuna cavab olaraq göndərilən sənədə görə, Ukraynada müharibə başlayandan bəri ABŞ Konqresi Kiyevə 111 milyard dollar əlavə maliyyə vəsaiti ayırıb. Daha 2,4 milyard dollar məqsədli olmayan fondlardan Ukraynanın xeyrinə yenidən bölüşdürülüb.
İdarənin məlumatına görə, əsas yardım paketlərinə əlavə olaraq, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2022 və 2023-cü maliyyə illərində səhiyyə və səfirlik əməliyyatları üçün müvafiq olaraq 145 milyon və 189 milyon dollar ayırıb.
Telekanalın məlumatına görə, silah və sursatların dəyişdirilməsi xərcləri də nəzərə alınsa, ümumi xərclər daha yüksək ola bilər.
Qeyd edək ki, Amerika administrasiyası daha əvvəl Konqresə oktyabrın 1-də ABŞ-da başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya kömək etmək üçün müraciət göndərmişdi. Bu müraciətə görə, ümumilikdə, Prezident Co Baydenin rəhbərlik etdiyi administrasiya bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir. Ancaq müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır.
Seçilən
88
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15861
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15597
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15313
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13209
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11826
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9426
"Zaur, yenə çaşdın..." - VİDEO
7807
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5964
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5775
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5009
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4873
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4381
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4186
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4028
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3222
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3192
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2949
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2939
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2788