AZ

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ! 

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin son vaxtlar xakerlər iPhone modellərinə də müdaxilə edirlər. Ona görə də hansı telefondan istifadə etməyimizdən asılı olmayaraq, zərərli proqramlar təhlükə mənbəyinə çevrilə bilir.

 

Lakin smartfonları zərərli proqramlardan qorumağın bir sıra üsulları var.

 

Cihazın əməliyyat sistemini və proqramlarını mütəmadi olaraq yeniləmək lazımdır. Həmçinin naməlum mənbələrdən proqramların yüklənməsi mobil cihazlar üçün risklidir. Bu proqramlar cihaza zərər verə, şəxsi məlumatları oğurlaya və ya cihazın işinə mənfi təsir göstərə bilər.

 

Antivirus proqramlardan istifadə etmək də çox önəmlidir.

 

Bu proqramlar cihaza yoluxa biləcək virusları, troyanları, soxulcanları, casus proqramları və digər zərərli proqramları aşkarlayır və bloklayır. Saxta linklərə qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır. Naməlum nömrədən gələn mesajlara və ya e-poçtlardakı naməlum keçidlərə klikləməkdən çəkinmək lazımdır. Bu bağlantılar zərərli virusların cihaza yoluxmasına icazə verə bilər.

 

Son zamanlar fırıldaqçılar etibarlı mənbə kimi görünən hesablardan e-məktublar göndərir və "bəzi problemləri həll etmək" üçün linklərə klikləməyi söyləyirlər. Saxta linklərə kliklədiyimiz zaman hakerlər məlumatlarımızı, kart hesablarımızı oğurlaya bilir.

 

Bundan əlavə həmişə güclü parollardan istifadə etmək lazımdır. Güclü parollar hesablarımızı şəxslərin və ya avtomatlaşdırılmış hücum proqramlarının girişindən qoruyur. Zəif parollar asanlıqla təxmin edilə və oğurlana bilər ki, bu da hesabların təhlükəsizliyinə xələl gətirir.

 

Parollar nə qədər uzun olarsa, təhlükəsizlik səviyyəsi də bir o qədər yüksək olar.

 

Ən azı 12 simvoldan ibarət paroldan istifadə etmək lazımdır. Parol seçərkən sadə və asanlıqla təxmin edilə bilən parollar deyil, təsadüfi sözlər, rəqəmlər və xüsusi simvollardan ibarət uzun sətirdən istifadə etmək tövsiyə edilir. Parollara hərflər, rəqəmlər və xüsusi simvollar (məsələn, !, @). , #, $, % və s.) yazmaq məsləhətlidir. Hesabların təhlükəsizliyini artırmaq üçün parolları mütəmadi olaraq dəyişmək lazımdır.

 

Ülkər Abdurahmanlı

Seçilən
77
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3962
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3662
Bu yol qovşağında təmir işləri aparılacaq
3184
Bakıda hoteldə yanğın başlayıb
2741
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1847
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1699
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1556
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1486
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1485
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1291
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1274
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1187
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1179
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
992
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
966
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
953
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
944
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
891
Azərbaycan nefti ucuzlaşıb
870
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
861