AZ

Ərdoğan ABŞ-a səfərə gedəcək - Tarix AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü ikitərəfli və regional gündəliyin cari məsələlərini müzakirə etmək üçün martın 29-da Ankaraya gəlib. Türkiyə müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının onlarla danışıqlar aparması planlaşdırılır.

Müzakirə mövzuları arasında Türkiyəyə F-16 qırıcılarının tədarükü və modernləşdirilməsi, Qəzzadakı vəziyyət, Rusiya və Ukrayna münaqişəsi, terrorla mübarizə və Ərdoğanın ABŞ-a səfəri var.

Azpost.info

Seçilən
143
50
Mənbələr
Şərh ()
Bağla