AZ

Nazirlər Kabinetinin avtomobillərlə bağlı qərarının nəticəsi necə olacaq? - ŞƏRH

Azərbaycan Baş nazirinin bu ilin martın 27-də “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”lə bağlı imzaladığı qərar avtomobil bazarında qiymətlərə təsir etməyə başlayıb. Bəzi avtomobillərin, xüsusən daha çox taksi xidmətində istifadə edilən “Toyota” firmasının “Prius” modellərinə məxsus olan avtomobillərin kütləvi satışı müşahidə edilir. Satışa çıxarılan “Prius” avtomobillərinin sayının artması onların qiymətinin aşağı düşməsinə səbəb olur. 


Sfera.az tanınmış avtomobil satışı saytlarına istinadən xəbər verir ki, son bir gündə satışa çıxarılan “Prius” avtomobillərinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Satış elanlarında dünənə aid olan təkliflərin sayı bir neçə yüz olub. Ümumilikdə istehsal tarixi 2010-cu ilə qədər olan 800-dən çox “Prius” model avtomobil satışa təklif edilib. 


Bu növ avtomobillərin daha çox satışa çıxarılması onların qiymətinin aşağı düşməsi ilə nəticələnəcək. Yəqin ki, proses ən azından 2024-cü ilin iyulun 1-nə, yəni taksi fəaliyyəti göstərəcək avtomobillərlə bağlı yeni tələblərin qüvvəyə minəcəyi tarixə qədər davam edəcək. 


Nazirlər Kabinetinin yeni qərarına əsasən, 2024-cü ilin iyulun 1-nə qədər Azərbaycana gətirilmiş avtomobillər istehsal tarixindən 15 il keçən müddətə qədər taksidə istifadə oluna biləcək. Bu tələbə görə, yayda istehsal tarixi 2009-cu ilin iyulun 1-nə qədər olan avtomobillərin taksi fəaliyyəti dayandırılacaq. 


Qərarda taksi fəaliyyətində istifadə olunacaq avtomobillərin yaşı ilə bağlı son hədd 15 il olduğundan aylar keçdikcə daha yeni avtomobillər də taksi dövriyyəsindən çıxarılacaq. Məsələn, gələn il 2010-cu ilin istehsalı olan avtomobillər taksi döviryyəsindən uzaqlaşdırılacaq. Buna görə də həmin avtomobillərin sahibləri onları dəyər-dəyməzinə satmağa məcbur qalacaqlar. Bu isə “Prius”ların dəyərinin daha çox düşməsi ilə nəticələnəcək. 


Qərara əsasən, taksi xidmətində ilk dəfə istifadə üçün sistemə daxil ediləcək avtomobillərin maksimum yaşı ilə bağlı tələb isə 8 il olacaq. Yəni istehsal tarixindən 8 il və daha çox keçən avtomobilləri taksi kimi ilk dəfə sistemə daxil etmək mümkün olmayacaq. Bu amil də istehsal ili 8 ildən çox olan “Prius”ları ucuzlaşdıracaq. 
Yeni tələblər onunla nəticələnəcək ki, satışa daha çox avtomobil çıxarılacaq və avtomobil bazarında sadəcə “Prius”lar yox, həm də digər ili köhnə olan avtomobillər ucuzlaşacaq.

 

Son məlumata görə, taksi xidmətində 60 min avtomobildən istifadə edilir. Bu avtomobillərin ən azı yarısının istehsal tarixi 2010-cu ildən əvvəlki dövrə təsadüf edir. Həmin avtomobillər sürətlə satışa çıxarılacaq və avtomobil bazarında təklifin həcmi artacaq. Bu halda avtomobil bazarında bir müddət qiymət azalmasının olması mümkündür. 


Köhnə olan avtomobillər ucuzlaşdığı kimi ili tələblərə uyğun gələn avtomobillərin bahalaşma ehtimalı da var. Bunun üçün taksi bazarında qiymətləri artması lazımdır. Böyük ehtimalla taksilərin sayının azalmasından sonra qiymətlər artacaq və bazara daha yeni, eləcə də daha baha avtomobillər daxil olacaq. Bu halda Azərbaycanda istehsal tarixi 8 ilə qədər olan avtomobillərin bahalaşması qaçınılmaz hal alacaq. 


Vasif

Seçilən
130
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
2977
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2479
Bakıda hoteldə yanğın başlayıb
2079
Bu yol qovşağında təmir işləri aparılacaq
2030
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1124
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1086
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
888
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
851
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
836
Çingiz Mustafayevin toyudur - FOTOLAR
802
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
720
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
696
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
609
Sabah 5 kəndin qazı kəsiləcək
605
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
601
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
598
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
558
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
524
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
476
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
470