AZ

Avtoqəzaların ilk fəsadı olan psixoloji qorxunu necə aşmaq olar? - PSİXOLOQ İZAH ETDİ

"Hansısa travmatik hadisədən sonra stress, gərginlik, qorxu, xüsusən də, ölüm qorxusu müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, bu da təbiidir: "Çünki insan hər hansı qəzanı, dəhşəti yaşayandan sonra heç nə olmamış kimi də hərəkət edə bilməz. İnsanın psixası o qədər güclü və vecsiz deyil. İnsanlar bəzən düşünür ki, o anı unutmaq, boş vermək lazımdır. Bu, yanlış yanaşmadır. Çünki biz yaddaşsızlıqdan əziyyət çəkməliyik ki, nəyisə unudaq. Bu da tövsiyə olunan deyil. Unutmaq da mümkün deyil. Biz gərək heç bir insani duyğuya malik olmayaq. Hadisəni xatırlayacağıq. Sadəcə hadisəyə olan münasibətimiz, həmin anda yaşadığımız, yaxud da sona kimi yaşaya bilmədiyimiz duyğuları yaşamalıyıq. Buna psixoloqlar kömək edə bilir. 90% insan özü bunun öhdəsindən gələ bilmir, yaxud da uzun müddət lazım olur.

Bəzən insan özünə qorxmağa icazə vermir. Bu, xüsusən, kişilərdə və valideynlərdə olur. O qədər alışırlar ki, uşaqların yanında emosiyaya düşməməyə. Güclü dayanmağa çalışırlar. İnsanlar qorxunu da tam yaşaya bilmirlər, etiraf etməyə də çəkinirlər. Kişilərdə "mən kişiyəm, cəsarətliyəm. Bunu necə dilə gətirə bilərəm" kimi hallar olur.

Burada bir neçə proses var: Birincisi, duyğunu tam yaşamaqdır. İkincisi, ölüm qorxusu ilə işləməkdir. Üçüncüsü, travmanı həll etmək lazımdır. Vacib bir məqam daha var. İnsanlar çalışır ki, dərhal bunu aradan qaldırsınlar. Xüsusilə, yaxınları həmin adamı bir gün sonra harasa, psixoloqa yönləndirməyə çalışırlar. Bu, çox tezdir. İnsan hələ vəziyyətin şokundan ayılmayıb. Nə baş verdiyini hələ dərk etmir. Əgər dəstək formasında yanaşılırsa, ola bilər, yoxsa travmanın işlənməsi ilə bağlı bir şeydirsə, o qədər tez həll etmək düzgün deyil. Birinci, effekt vermir, ikinci də, insanı daha da qorxuda bilər. Çox asta, ehtiyatla yanaşmaq lazımdır".

Onun sözlərinə görə, istənilən travmatik hal baş verirsə, travmanın həllinə dərhal başlanılmalı deyil: "İlkin mərhələ dəstək, qayğı formasında psixoloq, yaxud qohumlar tərəfindən ola bilər. Daha sonra müalicəyə başlamaq olar. Əgər kiminsə başına belə hadisələr gəlirsə, neqativ duyğular yaşayırsa, əvvəlcə anlamalıdır ki, hamıda belədir, normal haldır. Bu, haradasa yaxşıdır, çünki insanın dəhşət yaşayıb heç nə olmamış kimi, pozitiv rəftar etməsi psixoloji pozuntunun göstəricisidir.

Bunlar çox ağırdır. Heç kimə arzulamıram. Amma həyat da ancaq pozitivdən ibarət deyil. Hər şeyə hazırlıqlı olmaq lazımdır. Ən başlıcası isə ehtiyatlı olmaq, problemin həllinə yönələn olmaq lazımdır. Depresiya, dərd, kədərə meyilli olmaq olmaz. Çünki belə insanlar var. Daha çox dərdini yaşamağı, o anda ilişib qalmağı seçirlər. Burada uşaqlıq travmaları da ola bilər ki, bununla rahatlıq tapırlar. Amma bu insanın həm fiziki, həm də psixoloji narahatlığına gətirib çıxarır".

Müəllif: Söylü Ağazadə
Seçilən
97
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4046
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3710
Bu yol qovşağında təmir işləri aparılacaq
3237
Bakıda hoteldə yanğın başlayıb
2770
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1868
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1721
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1565
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1520
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1512
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1345
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1306
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1222
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1208
Azərbaycan nefti ucuzlaşıb
1113
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1007
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
983
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
971
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
913
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871