AZ

Türkanda DƏHŞƏT - Məktəbin həyətində şagirdi it DİŞLƏDİ – Təcili yardım “bizlik deyil” DEDİ - ÖZƏL

Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Zakir Gəray oğlu Vəliyevə məktəbin həyətində sahibsiz it hücum edərək, ayaq və bud nahiyəsindən dişləyib. Nəticədə uşaq xəsarətlər alıb. 

Bu barədə Bizim.Media-ya “Yeni Baxış İctimai Nəzarət təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. İddiasına görə məktəbin həyətində itin hücumuna məruz qalan və xəsarət alan şagirdə yerində nə köməklik olunub, nə də ona təcili yardım çağırılıb. Vüqar Əmirov deyib ki, şagirdin valideyni hadisədən xəbər tutan kimi məktəbə gəlib və uşağı özü xəstəxanaya çatdırıb.

Həmçinin bildirib ki, şagirdin ailəsi uşağı əvvəlcə qəsəbədə yerləşən 18 saylı Təcili Tibbi Yardım Stansiyasının Türkan filialına aparıb. Amma tibb müəssisəsinin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməyiblər. Yarım saat qapının açılmasını gözlədikdən sonra növbədə olan həkim yuxulu vəziyyətdə qapını açıb, quduzluğa qarşı vaksinləri olmadığını deyərək yaralı uşağa heç bir müdaxilə etmədən  xəstəxanaya yönləndirib. 

Məsələ ilə bağlı şagirdin əmisi Zahid Vəliyev Bizim.Media-ya danışıb. O, deyib ki, uşağın vəziyyəti indi yaxşıdır, ona Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında quduzluğa qarşı peyvənd vurulub və ambulator müalicə üçün evə buraxılıb: 

“Uşaq evə gəldi, çox qorxmuşdu. Bud nahiyəsindən 3 yerdən xəsarətlər alıb. Hadisə ilə bağlı nə müəllimin, nə də məktəbin xəbəri olub. Sonradan məlumat alıblar. Uşaq da qorxduğu üçün müəlliməsinə bildirməyib. Uşağı 18 saylı Təcili Tibbi Yardım Stansiyasının Türkan filialına apardıq. Qapını açmadılar. Xeyli döydüm, 20 dəqiqədən çox keçdi. Sonra bir həkim yuxulu vəziyyətdə qapını açdı. Məsələni bildirəndən  sonra “bizlik deyil” dedi. Həkimə “xəstə maşındadı, bir gəlin, heç olmasa yaralarına baxın, aptek yaxındadır, yod, filan lazımdırsa alım verim” dedim. Həkim “yox-yox, bizlik deyil, ancaq Mərdəkana aparın” dedi. Uşağı xəstəxanaya çatdırdıq, yaraları təmizləndi, vaksin vuruldu və sarğı edilib evə buraxdılar”.

18 saylı Təcili Tibbi Yardım Stansiyasının işindən gileylənən Zahid Vəliyev tibb müəssisəsinin qapısının bağlı olması səbəbini anlamadığını deyib: 

“Təxminən saat 5 olardı ki, təcili yardıma yaxınlaşmışdıq. Bu saatda tibb müəssisəsinin qapısı xəstələrin üzünə niyə bağlansın ki? Biz deyil, ağır xəstə gəlsə nə olacaq? Anlamıram... Yuxulu vəziyyətdə qapıya çıxan həkimin məsuliyyətsizliyi isə müzakirə mövzusu ola bilməz”. 

Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin direktoru da saytımıza məsələ barədə açıqlama verib.

Hadisənin məktəbin həyətində baş verdiyini təsdiqləyən Kərim Dadaşov şagirdin nəzarətsiz qalması iddiaları ilə razılaşmadığını bildirib: 

“Bəli, belə bir hadisə olub. İtin hücumuna məruz qalan şagirdimiz nəzarətsiz qalmayıb. Digər uşaqlarla birgə həyətdə tərbiyəçinin yanında dayanıb. Sadəcə olaraq həmin şagirdimiz digər sinif yoldaşı ilə bir qədər aralanıb və bu bir anlıq tərbiyəçinin gözündən yayınıb. Məktəbin həyətində gəzişən itin hücumuna məruz qalıb. Mən özüm də saat 7-yə qədər məktəbdə olmuşam. Uşaq heç nə deməyib deyə hadisədən həmin an xəbərsiz olmuşuq.

Yoxsa öz maşınımla xəstəxanaya aparardım və müayinə etdirərdim. Şükür ki, uşaq normaldır. Heç kim belə hadisələrdən sığortalanmır. Təsadüf nəticəsində baş verən hadisədir. Yəni biləsiniz ki, uşaqlar orada nəzarətsiz deyillər”
18 saylı Təcili Tibbi Yardım Stansiyasının qapısının bağlı olması və həkimlərinin xəstəyə etinasız münasibəti ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan məsələnin araşdırıldıqdan sonra məlumat verəcəyi bildirilib. 

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqzı, Bizim.Media 

Seçilən
150
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18888
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18769
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17983
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17264
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15754
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15328
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15111
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15014
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11465
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11097
"Zaur, yenə çaşdın..." - VİDEO
8703
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7778
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7124
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6991
Minimum əmək haqqı nə qədər arta bilər?
6931
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6681
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5836
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5627
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5605