AZ

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Ermənistanda

Bakı, 29 mart, AZƏRTAC

Ermənistan RTR-Planeta telekanalında “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının yayımını qadağan edib.

AZƏRTAC xəbər verir ki, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bu barədə özünün sosial media hesabında yazıb. “Qərar Ermənistan və Rusiya arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin 5-ci və 6-cı maddələrinin mütəmadi pozulması səbəbindən qəbul edilib”, - deyə məlumatda bildirilir.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da respublikada yayımlanan Rusiya telekanallarını iki ölkə arasında “kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” sazişin 5 və 6-cı maddələrini pozmaqda ittiham edib və bu məsələ ətrafında Moskva ilə məsləhətləşmələr aparıldığını bildirib.

Qeyd edək ki, 2023-cü ilin payızında Ermənistanın hakimiyyət orqanları rəsmi şəxslərə qarşı təhqiramiz ifadələrə yol verdiyinə görə Rusiyanın Birinci Kanalında yayımlanan televiziya proqramlarından birinə qarşı iddia qaldırmışdı. Hadisə ilə bağlı Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Seçilən
176
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3442
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3396
Bu yol qovşağında təmir işləri aparılacaq
2902
Bakıda hoteldə yanğın başlayıb
2474
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1478
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1473
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1467
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1321
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1132
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1127
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1018
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
963
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
918
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
838
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
816
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
804
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
796
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
790
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
771
Sabah 5 kəndin qazı kəsiləcək
736