AZ

Baydenin seçki büdcəsi rekord miqdarda artdı


Nyu-Yorkda keçirilən kampaniya tədbiri ABŞ Prezidenti Co Baydenə seçki büdcəsini rekord məbləğdə - 25 milyon dollar artırmağa imkan verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun seçki qərargahı “X” sosial şəbəkə səhifəsində bildirib.
Bu töhfə Baydenin Demokratik sələfləri Barak Obama və Bill Klintonun, həmçinin, məşhur teleaparıcıların və musiqiçilərin müşayiəti ilə Nyu-Yorkun “Radio City Music Hall”dakı şousuna bilet satışı ilə təmin edilib.
Bununla da Bayden bu tədbirdə rəqibi Donald Trampın bütün fevral ayı ərzində topladığı puldan daha çox pul toplayıb.
Qeyd edək ki, martın 13-də Bayden 2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün lazımi sayda nümayəndə əldə edib.
Həmin gün Tramp Respublikaçılar Partiyasının namizədliyi üçün lazımi sayda nümayəndə toplayıb.
Seçilən
83
7
Mənbələr
Şərh ()
Bağla