AZ

Klinton və Obama Baydenə seçki üçün pul toplamaqda kömək edəcək

ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Barak Obama martın 28-də Nyu-Yorkda keçiriləcək tədbirdə hazırkı Amerika lideri Co Baydenə seçkilər üçün pul toplamaqda kömək edəcəklər. Elchi.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.Bayden kampaniyasına görə, üç Demokrat prezidentin nadir və çox gözlənilən görüşü 25 milyon dollardan çox pul yığacaq və bu, Amerika tarixində ən uğurlu siyasi ianə toplanmasına çevriləcək.Lakin material müəllifləri bu hadisənin Bayden üçün də reputasiya təhlükələrinin olduğunu vurğulayırlar. Hazırkı prezidentdən fərqli olaraq, Klinton və Obama özündən böyük olan və gəncliyindən siyasi üstünlük kimi istifadə edən namizədlərlə mübarizə aparır.Havar Şəfiyeva 

Seçilən
94
7
Mənbələr
Şərh ()
Bağla