AZ

Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında qərarda əksini tapıb. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir. Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin qiymətinə necə təsir edəcək? Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb. BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı taksi fəaliyyəti ilə məşğul olanların, əsasən, "Toyota Prius" markalı avtomobillərdən istifadə etdiyini bildirib. "Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb. Dünən elan saytlarında 443 "Prius" markalı avtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə, avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan "Prius"ların 95%-i 2008-ci ilə qədər olan avtomobillərdir. Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən "Prius"ların 60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu da təqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manata satılan "Prius"ları 10500-10000 manata almaq olur. Qiymətlərin daha da ucuzlaşması gözlənilir", - deyə o qeyd edib. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki, buraxılış tarixindən 15 ildən artıq müddəti keçən "Prius"ların qiyməti ucuzlaşa bilər: "Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağını düşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çox daşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub. Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyat vasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimai nəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımız avtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinə tələbat artacaq. Bir reallığı da nəzərə almaq lazımdır ki hər adam yeni avtomobil ala bilmir". Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvar ayının 1-dən elan edilməli idi:

"Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi. Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlar çalışmalıdır".

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18194
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17547
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16778
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15267
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14263
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13185
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12682
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11953
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10734
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10514
"Zaur, yenə çaşdın..." - VİDEO
8438
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7337
Minimum əmək haqqı nə qədər arta bilər?
6612
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6508
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6135
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5237
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5185
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4826
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4459