AZ

Tramp məhsullarını satışa çıxardı: Siyahıda maraqlı detallar diqqət çəkdi

Noyabrın 5-də ABŞ-də keçiriləcək seçkilərə namizəd Donald Tramp məhsullarını internetdə satışa çıxarıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, cərimə və artan hüquqi xərcləri kompensasiya etmək istəyən Tramp internetdə satış üçün bir çox kateqoriyada məhsullar təklif edir.

\"Trumpstore.com\" saytında müxtəlif kateqoriyalarda çoxlu məhsullar var.

Saytda satışa ətirlərdən tutmuş yataq geyimi, qolf çantaları, it oyuncaqları, dodaq balzamları və idman ayaqqabılarına qədər geniş çeşiddə məhsullar təklif olunur.

\"Victory 45\" məhsul seriyasının bir hissəsi olan və \"uğur və güc\" qoxusu verdiyi iddia edilən ətirdə Trampın qızıl büstü var.

Ətirin qiyməti 99 dollardır. Seriyanın digər məhsulu olan qızılı rəngli və ABŞ bayrağı naxışlı 399 dollarlıq idman ayaqqabısı həm görünüşü, həm də çox yüksək qiyməti ilə diqqət çəkir.

ABŞ mətbuatında bir çox media orqanı və sosial media istifadəçiləri Trampın məhsullarını və qiymətlərini tənqid edib.

Ayşən
Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla