AZ

Pskov vilayəti bu il Qələbə Paradından imtina edib

...Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş ənənəvi parad bu il Pskov vilayətində keçirilməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Mixail Vedernikov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, bu barədə qərar İkinci Dünya Müharibəsində Qələbənin 79-cu ildönümünün qeyd edilməsinə hazırlıq üzrə təşkilat komitəsinin iclasının yekununda hüquq-mühafizə blokunun mövqeyi nəzərə alınaraq qəbul edilib.

...Biz qərara gəldik ki, bu il ən kütləvi tədbirlərdən, xüsusən də paraddan imtina etmək məsləhətdir.

Bunu deyən, Vedernikov, “...Biz planlaşdırarkən hər bir mümkün təhlükəni nəzərə almalıyıq”-əlavə edib.

Eyni zamanda, regional hakimiyyət orqanları mayın 9-da bütün yaşlı sakinlər üçün daha kiçik formatlarda tədbirlərə baxacaq.

Qubernator həmçinin bildirib ki, Böyük Vətən Müharibəsi əlilləri, iştirakçıları və veteranları bayram üçün 10 min rubl məbləğində ödənişlər alacaqlar.

Əli Bababyev

Seçilən
216
9
Mənbələr
Şərh ()
Bağla