AZ

Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...

Hərbi ekspert əmin edib ki, Qərb bu müharibənin taleyinin yaxın 2-3 ay ərzində həll olunmasını təmin etmək üçün bütün resurslara malikdir...
 
Qərb mediası yaxın 5-8 ayın Ukrayna cəbhəsində həlledici olacağını açıqlayıb. Bununla belə, Qərb tərəfdaşlarının Ukraynanın müharibədə elə 2024-cü ildə qalib gəlməsini təmin etmək üçün hər cür imkanları var.
 
Moderator.az xəbər verir ki, bu barədə “Kanal 24”-ə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik danışıb.
 
Çernıkın sözlərinə görə, Qərbin bütün resursları var ki, bu müharibənin taleyi yaxın 5-8 ayda deyil, 2-3 ay ərzində həll olunsun. Bunun üçün Ukraynanın tərəfdaşları, nəhayət bütün lazımi silahları kifayət qədər miqdarda təmin etmək qərarına gəlməlidirlər.
 
Təyyarələr...
 
Ukraynaya vəd edilən "F-16" qırıcılarının sayı 60-dır. Lakin hərbi ekspertin fikrincə, 200-ə qədər təyyarə vermək çox yaxşı olardı. Qərbin bununla bağlı heç bir problemi yoxdur, çünki dünyada 4000-dən çox belə təyyarə var...
 
Uzaq mənzilli raketlər... 
 
Çernik qeyd edib ki, Qərbin bununla da bağlı heç bir problemi yoxdur. Təkcə anbarlarda 4000-ə yaxın "ATACMS" raketi var... 
 
Ehtiyatda olan polkovnik izah edib ki, bu, zəruri məqsədlərə nail olmaq üçün çox ciddi rəqəmdir.
 
"2022-ci ilə qədər mövcud olan demarkasiya xəttini keçmək, demək olar ki, qeyri-mümkündür. Orada hər şey betona çevrilib. 10 il ərzində balaca Avdeiyevkadan keçiblər və bütövlükdə orada tam bütöv korpuslarını itiriblər. Onların tərəfində hər şey  eyni vəziyyətdədir.  Ona görə də, məsələn, Donetski yalnız ABŞ-ın imkanları daxilində olan güclü bombardmanla  azad etmək mümkündür”, - deyə hərbi ekspert bildirib.
 
S.Laçın
 
Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla