ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbər heyəti bu gün Ankaraya gəlir.
Teleqraf.com xəbər verir ki, amerikalı konqresmenlər müdafiə naziri Yaşar Gülərlə görüşəcəklər.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli hərbi və müdafiə əlaqələri müzakirə olunacaq.
Masada terrorla mübarizə, ABŞ-nin PKK/YPG terror təşkilatına dəstəyi, Ankaraya F-16 qırıcılarının tədarükü və modernləşdirmə prosesi kimi mövzular da olacaq.
Nümayəndə heyətinin Ankaradakı yeganə təması Gülərlə olmayacaq, Türkiyə parlamentinin Müdafiə Komitəsinin sədri Hulusi Akarla da görüş nəzərdə tutulur.
Müəllif: Mənsur Rəğbətoğlu