AZ

Bakıda üç evdən oğurluq edən keçmiş məhkum tutuldu

Bakı. Trend:

Bakıda üç evdən oğurluq edən keçmiş məhkum tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsiəməkdaşlarının keçirdikləri tədbirlərlə Zığ qəsəbəsi ərazisindəmüxtəlf vaxtlarda 3 evdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllərdə oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşMürvət Əhədov müəyyən olunaraq saxlanılıb.

Ondan marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
54
8
Mənbələr
Şərh ()
Bağla