AZ

Bakıda üç evdən oğurluq edən keçmiş məhkum yaxalandı

Image

Bakıda üç evdən oğurluq edən keçmiş məhkum tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zığ qəsəbəsi ərazisində müxtəlf vaxtlarda 3 evdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mürvət Əhədov müəyyən olunaraq saxlanılıb.

Ondan marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
8
baki-xeber.com

9Mənbələr