AZ

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib

Bakı. Trend:

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindənistifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavətədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiqSərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Trend xəbər verir ki, komissiyanın sədri, energetika naziriPərviz Şahbazov çıxış edərək, sərəncamın icrası ilə bağlıgündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötəndövr ərzində layihələrin gedişi haqqında danışıb və “Yaşıl dünyanaminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerjistansiyasının təməlinin qoyulmasının planlaşdırıldığınıvurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın soniclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyinhesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçünayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerjimənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədəməlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilənlayihlərlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də“Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetiriləntədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat,Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsalİnkişaf və Nəqliyyat, Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji”ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi,Minatəmizləmə Agentliyi, "Azərbaycan Elmi Tədqiqat və LayihəAxtarış Energetika İnstitutu" MMC-nin nümayəndələri iştirakedib.

Bərpa
Bərpa
Seçilən
43
10
Mənbələr
Şərh ()
Bağla