AZ

“Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq”

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulması planlaşdırılır.

“İki sahil”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazirlikdə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası zamanı komissiyanın sədri energetika naziri Pərviz Şahbazov bildirib. Nazir Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihələrlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, "Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu" MMC-nin nümayəndələri iştirak edib.

Seçilən
61
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14347
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13791
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13534
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11900
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9762
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8292
"Zaur, yenə çaşdın..." - VİDEO
7410
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5553
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3777
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3763
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3487
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3466
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3320
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3290
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2985
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2978
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2769
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2697
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2559