AZ

Bakıda aşpaz siqaret kötüyünə görə vətəndaşı döydü - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pərviz Mirzəlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə 22 noyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Yasamal rayonu ərazisində yerləşən “Mərcimək" fas-food restoranın qarşısında qeydə alınıb. 

 

Belə ki, həmin obyektdə aşpaz işləyən, 1997-ci il təvəllüdlü Pərviz Mirzəli siqareti çəkdikdən sonra kötüyünü zibil qutusuna atıb. Lakin həmin qutu tüstülənməyə başlayıb. Bunu yuxarı mərtəbədə yaşayan zərərçəkmiş Ruslan Məmmədov isə irad tutub. Onların arasında mübahisə yaranıb, əvvəlcə Pərviz zərərçəkmişin ünvanına nalayiq söyüşlər işlədib. O, bununla kifayətlənməyərək Ruslanın üzərinə hücum çəkib şillə, yumruq və təpiklə zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. 

 

Cinayət materiallarında qeyd olunub ki, hadisə küçədə baş verdiyindən oradan keçən şəxslər və səsə çıxan “Mərcimək" fas-food restoranının işçiləri onları ayıraraq kənara çəkməyə cəhd ediblər. Lakin Pərviz hüquqazidd əməllərini davam etdirib, yəni nalayiq ifadələr işlədib, zərərçəkmiş şəxsin üzərinə yenidən hücum çəkərək sifətinə şillə, sol ayağına təpik vuraraq alt dodağının içəri səthinin əzilmiş yarası və sol budun qançırı kimi sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Pərviz Mirzəli cinayət məsuliyyətinə cəlb edilib.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 2 000 manat məbləğində cərimə cəzasının təyin edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 Mart 2024, 09:17   
Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19109
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18951
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18014
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17309
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15812
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15635
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15389
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15055
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11535
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11131
"Zaur, yenə çaşdın..." - VİDEO
8722
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7803
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7192
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7170
Minimum əmək haqqı nə qədər arta bilər?
6949
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6736
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6403
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5909
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5628