AZ

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər.

Sonxeber.az xəbər verir ki, Qaraqoyunlu kənd sakini Mahir Kərimov "Aztv Xəbər"ə açıqlama verib:

"Bu gün ordumuzun və millətimizin qələbəsi çox böyük qürur verir. Əminəm ki, o torpaqlara tez bir zamanda gedib çıxacağıq".

Dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşən və 600-dən çox təsərrüfatı olan kəndin əhalisi bir zamanlar əkinçilik və maldarlıqla məşğul olub. Düşmən tərəfinin Göyçə mahalında keçirdiyi soyqırımı zamanı Basarkeçərin minillik tarixi olan kəndləri kütləvi qətliama məruz qalır:

"Bizim evin alt hissəsində Xaç abidəsi var idi. Hardasa Qafqaz Albaniyasının tarixinə gedib çıxırdı. Orada biz qazıntı işləri aparanda kütləvi məzarlıqlar ilə rastlaşırdıq. 1978-ci ildə oranı Nurcanyan təmizlədi, amma oxuya bilmədilər. Aparırlar və geri qaytarmadılar".

Ətraflı "Aztv Xəbər"in süjetində:

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla