AZ

Döyüş yoldaşlarına mesajı otlar ilə ötürdü: "Ohanyan səddi" belə yarıldı - VİDEO

Döyüş yoldaşlarına mesajı otlar ilə ötürdü: "Ohanyan səddi" belə yarıldı - VİDEO

8 il keçməsinə baxmayaraq Aprel döyüşlərinin qəhrəmanları sanki o yerlərə gedirmiş kimi həyəcanlı idilər. Yol boyu Lələtəpənin, postlarından alınması və şəhid yoldaşlarından qürurla danışırdılar.

Sonxeber.az xəbər verir ki, hərbçilər "Aztv Xəbər"ə açıqlama verib. Onlar bildirib ki, aprelin 2-ə keçən gecə Lələtəpə istiqamətində 3 əks-hücum əməliyyatı keçirilib. Ohanyan səddi yarılıb və daha sonra düşmən postuna yaxınlaşıb:

"Saat 12-1 radələrində biz hərəkətə başladıq. 15 dəqiqə olardı ki, biz artıq düşmən mövqelərinin üzərində idik. Buranın özündə 21 nəfər erməni məhv oldu".

Həmin gecə təqribən 45 dəqiqə ərzində təkcə Lələtəpə deyil, ətrafdakı düşmən postlarıda ordumuz tərəfindən azad edildi. Bir neçə dəqiqə ərzində 8-10 düşmən canlısı məh

v edildi. Texnikalar sıradan çıxarıldı. Hərbi əməliyyatlar zamanı 22 döyüşçümüz şəhid oldu.

Ətraflı "AzTv Xəbər"in süjetində:

Seçilən
211
50
Mənbələr
Şərh ()
Bağla