AZ

Bakıda avtomobil polis əməkdaşını vurub

Bakının Xəzər rayonununda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Qulamov Hüseyn Məhərrəm oğlunu vurub.

Yaralı digər polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
201
50
Mənbələr
Şərh ()
Bağla