AZ

Məşhur jurnalisti öldürmək istəyirlər

Məşhur

"WikiLeaks" saytının rəhbəri, hazırda həbsdə olan Culian Assanc haqqında yeni məlumatlar yayılıb.

Reyting.az
"Nation" nəşrinə istinadla bildirir ki, Culian Assancın vəkili əlində təkzibedilməz faktlar və məxfi sənədlər olduğunu bəyan edib. Jurnalistin vəkili iddia edir ki, Assancı öldürmək məqsədilə ölkə xaricində plan qurublar. C. Assancın vəkili təqdim etdiyi sübutlar əsasında göstərib ki, planın təşkilatçısı super dövlətdir.

Vəkilin təqdim etdiyi sənəddə əksini tapan sübut və dəlillərlə göstərir ki, belə sui-qəsd planı mövcuddur. Onun iddiasına görə, sui-qəsd planının qurucusu C. Assancın öz ölkəsidir.

Vəkilin məhkəməyə təqdim etdiyi sənəddə bir çox dəlillər yer alıb. Sənədə görə, jurnalistə sui-qəsd planını hazırlayan Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsidir (MKİ).

Dərc olunmuş məqalədə ABŞ-nin həmişə xüsusi pafosla jurnalistləri dəstəkləməsindən söz açılır, eyni zamanda qeyd edilir ki, əslində, ABŞ onların təqib və qətlinə fərman verib. Nəşr buna sübut olaraq C. Assancın işini göstərir.

Nəşr yazır ki, fevral ayının iclasında onun vəkili MKİ-nin jurnalisti öldürmək planlarına dair sübutlar təqdim edib. Ancaq belə bir təəssürat var ki, sanki bu faktlarla ehtiyatla davranırlar.

“The Guardian” qəzeti də bu mövzuya yer ayırıb. Qəzet yazır ki, hakimlər "WikiLeaks" saytının yaradıcısı C. Assancın məhbus sığınacağına çevrilən Böyük Britaniyadan qovulması ehtimalı ilə bağlı apellyasiya şikayəti təqdim etməyə icazə veriblər. Lakin bu, Böyük Britaniya və ABŞ-nin onun təhlükəsizliyinə müvafiq təminat verə bilmədikdə reallaşacaq.

"Demokratik ölkələr jurnalistləri başqa cür öldürürlər, üstəlik, azca səbirli olmağı da özlərinə rəva bilirlər. Ötən il Assancın işi iləbağlı xəbər araşdırması, onun adının daha çox hallanması MKİ-nin direktoru seçilmiş Mayk Pompeonun məsələyə sürətli, qəzəbli reaksiyasını ortaya qoydu. MKİ şefi şəxsən agentliyə "WikiLeaks"-in qurucusu Culian Assancın oğurlanması, yaxud öldürülməsi planının hazırlanmasını tapşırıb",- deyə "The Guardian" yazır.

Qəzetin xatırlatmasında bildirilir ki, amerikalı müstəqil fikirli jurnalisti 2010-cu ildən ittiham edənlər və onun tezliklə hərbi cinayətlərə cəlb edilməsi ilə bağlı verilmiş bir çox saxta və qurama bəyanatlara görə, ABŞ media basqısı altına düşüb. Məhz bu səbəbdən Amerika xüsusi xidmət orqanları, CIA, FBI, eləcə də qalmaqalın ünvanı olan Culian Assanc, "WikiLeaks" məsələsində bu işlə bağlı öz münasibətini bildirən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, müdafiə və ədliyyə nazirlikləri media atəşi ilə üzləşiblər.

"Ancaq Mayk Pompeonun əsəbiləşməsinə əsas səbəb "Vault 7"-nin sızması olmuşdu",- yazan araşdırmaçı müxbir Maykl İsikoff bu qəzəbin səbəbini belə izah edir: "Vault 7" Pompeonun agentliyi idi, bura o nəzarət edirdi".

Xatırladaq ki, mart ayından Assanca qarşı kampaniya güclənib.

Ötən ilin aprel ayın 13-də Pompeo Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qarşısında deyib: "Artıq "WikiLeaks" saytının necə adlandırmağın vaxtı gəldi və bunun açıqlaması belədir:Rusiya dövlət aktorları tərəfindən dəstəklənmiş qeyri -hökumət düşmən kəşfiyyatı".

Qərb mətbuatı yazır ki, “Düşmən kəşfiyyat xidməti” təyinatı ilə artıq jurnalist Assancın əleyhinə 2024-cü ildən başlayaraq istənilən agentlik hərəkətini qanuniləşdirmək məqsədi ilə bir sıra tədbirlərə start verilib. Bu isə Assancın casus damğası ilə cəzalandırılmasına, yəni öldürülməsinə görə ABŞ-a bəraət qazandırmaq deməkdir.

Qalmaqalların ictimailəşdirilməsi isə indi hər şeyi başqa tərəfə yönəldib. İngiltərənin bəzi media orqanları hesab edirlər ki, Milli Təhlükəsizlik Şurasının vəkilləri artıq C. Assancın öldürülməsinin tamamilə qanuni olduğunu şübhə altına alıblar. Soyuqqanlılığı ilə seçilən MKİ rəsmiləri isə qəsdlə bağlı bu məlumatları gözlənilmədən Nümayəndələr Palatasının, ABŞ Senatının kəşfiyyat komitələrinə ötürüblər. Bu xəbərlərin içərisində maraqlı məqam isə indiyədək məlum olmayan Assancın əcnəbi şirkət tərəfindən izlənməsi, oğurlanması ilə bağlı sənədlərin açıqlanmasıdır. Məlum olub ki, jurnalist Assancı Ekvadorun London səfirliyində gizləndiyini müntəzəm izləyən İspaniyaya məxsus mühafizə şirkəti "UC Global"-ın kollektivinə 2024-cü ilə kimi onun oğurlanıb öldürülməsinə hazırlaşmaq əmri verilib. İşçilərdən biri Assancın ABŞ-a ekstradisiya ilə bağlı müraciətində könüllü olaraq "mühafizə olunan şahid" kimi ifadə verib: "Xüsusilə də səfirliyin qapısını açıq qoymaq təklifi var idi ki, bu, gələcəkdə ona müraciət etməyə imkan verəcəkdi, yəni bir təsadüfi səhv. Axı hər kəs "Səfirliyə girib sığınacaq axtaran şəxsi qaçıra bilərdi; hətta Assancın zəhərlənməsi ehtimalı da onların arasında müzakirə mövzusu olmuşdu. Bu heç də "A" planı deyildi. Ortada xeyli planlar var idi".

"News" bununla bağlı yazır: "Assanc üçüncü dünya ölkələrindən birində olsaydı, plan həyata keçirilə bilərdi: ancaq bura nə Pakistan, nə də Misir deyildi. Söhbət Böyük Britaniyanın paytaxtı Londondan gedirdi".

Keçən il isə Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ prezidenti Co Bayden media ilə bağlı demişdi: "Bu gün - və hər gün - hamımız bütün dünyadakı jurnalistlərin yanında olmalıyıq. Biz hamımız jurnalistləri susduranlara qarşı durmalıyıq".

"News" bu xatırlatmadan sonra bir sual da ünvanlayır: "Maraqlıdır, görəsən, Bayden bu il nə deyəcək?".

Assanc ilə bağlı son günlərdə baş verənləri xəbər olaraq paylaşan "The Guardian" yazır ki, jurnalistin ABŞ-a ekstradisiya ilə bağlı müvəqqəti möhlət alıb və hələ də apellyasiya şikayətinə ümid edir.

Qəzet yazır ki, bu işə təhkim olunmuş hakimlər "WikiLeaks"-in yaradıcısı Assanca onun Böyük Britaniyadan qovulması ilə bağlı etirazını nəzərə alaraq apellyasiya şikayəti təqdim etməyə icazə veriblər. Lakin bu yalnız Böyük Britaniyanın və ABŞ hökumətinin onun təhlükəsizliyinə müvafiq təminat verə bilmədikdə baş verəcək.

Assancın bitmək bilməyən məhkəmə proseslərini daima diqqətdə saxlayan "The Guardian" nəşri ingiltərəli iki hakiminAssancla bağlı, "WikiLeaks"-in təsisçisinin işinə münasibətindən söz açıb. Məhz bu iki hakimin iradəsi ilə jurnalistin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmək qərarı və onun belə bir hüquqa malik olduğuna dair qəbul edilən qərardan az sonra Assanc ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət ala bilib.

Assancla bağlı problemləri 2024-cü ildə çözəcəyini düşünən ABŞ diqqətlə hələ də həllini tapmayan bu qalmaqallı məsələdə özünü "Ərköyün" aparan Böyük Britaniyanı müşahidə edir. İlk baxışdan prosesləri sakit izləyən ABŞ həm də qəzəblidir.

Mütəxəssislər "The Guardian" qəzetinə deyiblər ki, Assanca etiraz edilən doqquz əsasdan üçündə əslində çox böyük ehtimalla uğur qazanmaq üçün real, həm də ağlabatan perspektiv var, lakin ona müttəhimlərə müvafiq təmsilçilik imkanını vermək üçün təqdim olunan apellyasiya şikayətini vermək hüququ nəyə görəsə iş prosesində bilərəkdən pozulub və yaxud da icazə ərizəsinin təxirə salınmasının səbəbi göstərilməyib. Bu isə jurnalistin qanunla təmin edilən hüquqi haqqını tanıyan hər iki hakimi çətin vəziyyətdə qoya bilər.

Çərşənbə axşamının səhəri verilən qərarda isə ingilis hakimlərdən biri olan Şarp belə bir məlumat verib ki, maneə olmadan Assanca Böyük Britaniya Apellyasiya Məhkəməsi üçün icazə ərizəsi ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl cavabdehə etibarlı təminat vermək imkanı tanınacaq. Hakim Şarp deyib: "Əgər təminat verilməsə, biz yenə də işə davam edəcəyik və söz yox ki, əlavə dinləmələr aparılmadan apellyasiya şikayəti üçün icazə verəcəyik. Əgər təminat verilərsə, biz bütün tərəflərə əlavə təqdimatlar vermək imkanı verəcəyik, bundan sonra apellyasiya icazəsi ərizəsi ilə bağlı yekun qərarı qəbul edəcəyik”.

Hakimin sözlərinə görə, jurnalist Assancla bağlı təminatlara aşağıdakı məqamlar daxil edilməlidir:

Müraciət edən Assanc ABŞ Konstitusiyasındakı Birinci Düzəlişin tətbiqinə məruz qalacaq;

Bununla ədalət mühakiməsinin iddiaçıya xələl gətirmədən həyata keçiriləcəyini və milli mənsubiyyətə görə hökm çıxarılmayacağını;

iddiaçının isə Amerika vətəndaşı olaraq Birinci Düzəliş müdafiəsi alacağını;

və iddiaçının ölüm cəzası ilə üzləşməməsini.

İngiltərə mətbuatının gündəminə çevrilən bu məsələdən söz açılanda xüsusi olaraq qeyd edirlər ki, əgər Assancın müraciətini rədd etsəydilər, o, Amerikanın istədiyi kimi, casusluq ittihamları ilə üzləşəcək, sonra isə bir neçə gün ərzində ABŞ-a ekstradisiya ediləcəkdi. Nüfuzlu nəşrlərin bununla bağlı yaydıqları xəbərlərdə bildirilib ki, jurnalistin işi üzrə iki gün davam edən dinləmələrdə Assancın vəkilləri Əfqanıstanda və İraqdakı müharibələrlə bağlı minlərlə məxfi, eləcə də diplomatik sənədin "WikiLeaks"-də çap olunması faktı ilə bağlı ittihamların siyasi motivli olduğunu söyləyiblər. Onu müdafiə edən vəkillər saytda dərc edilmiş sənədlərə görə araşdırmaçı jurnalist C. Assancın Amerika Birləşmiş Ştatlarına ekstradisiyası tələbini qanunsuz adlandırıblar. Məhkəmə təqsirləndirilən şəxsə hüquqi baxımdan lazımi təminatların verilməsi və bu sənədin yazılı formada təqdim edilməsi möhlətinin uzadılması müddətinin 16 aprel tarixinədək qüvvədə olduğu bəyan edib. Qəzetlər yazır ki, əgər tərəflər - həm "WikiLeaks" təsisçisi Culian Assanc, həm də ABŞ bunu etməsə, amerikalı jurnalistə iddiaçı kimi qanunların tələb etdiyi qaydada apellyasiya şikayəti vermək hüququ tanınacaq. Bu isə o deməkdir ki, həmin tarixə qədər hər iki tərəfə qarşılıqlı təminatlar verilərsə, o zaman tərəflər apellyasiya üçün icazə ilə bağlı məhkəməyə əlavə yazılı təqdimatlar verməyə dəvət olunacaqlar və belə olan halda, şərti olaraq mayın 20-nə təyin edilmiş növbəti məhkəmə iclası keçiriləcək.

Məhşur jurnalist, "WikiLeaks"-ın təsisçisi Culian Assancı növbəti məhkəmədə nələr gözlədiyi hələ ki, bəlli deyil. Ancaq məlum olan bir məsələ də var: jurnalistin işi ilə bağlı prinsipiallıq nümayiş etdirən və onu qorumağa çalışan Böyük Britaniya Culian Assancın öldürülməsini, həm də ABŞ-da edam edilməsini istəmir.

Onun da xatırladaq ki, məhşur jurnalist Assanc 2019-cu ildə cəza çəkdiyi Böyük Britaniyanın paytaxtı Londondakı Belmarş həbsxanasında insult keçirmişdi. Məhbus o zaman təcili həkim nəzarətinə götürülmüş və həkimlərin rəyi alınmışdı. Lakin Britaniya məhkəməsi onunla bağlı aparılan işlərdə və indiki vəziyyətdə jurnalist C. Assancın hazırkı fiziki durumu, səhhəti ilə bağlı hər hansı güzəştlərin nəzərdən keçirilməməsini məqbul hesab edib.

Oqtay QORÇU
Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla