AZ

"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"

"Bizim hərbi xərclərimiz üzləşdiyimiz təhdidlərə uyğun gəlmir..."
 
"Hamı anlamalıdır ki, Böyük Britaniya NATO-dadır və 5-ci maddə mövcuddur..."
 
Britaniyalı hərbçilər etiraf edib ki, onların Silahlı Qüvvələrinin resursları yetərli deyil
 
İki ölkə arasında birbaşa münaqişə baş verəcəyi halda Böyük Britaniya Rusiyaya qarşı iki aydan artıq döyüşə bilməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Qəzet yazır ki, bunu Müdafiə Qərargahı rəsinin müavini general-leytenant Rob Maqovan etiraf edib. Onun sözlərinə görə, Britaniya Silahlı Qüvvələrinə resuraların olmaması səbəbindən "əməliyyat risklərini" idarə etmək lazım gələcək.
 
Bu, müdafiə naziri Qrant Şappsın son büdcədə müdafiəyə daha çox maliyyələşmə ayrılmasını xahiş etdikdən sonra baş verib. Amma onun təkliflərini dinləyən olmayıb.
 
İcmalar Palatasının müdafiə məsələləri üzrə Komitəsində parlament üzvləri qarşısında çıxış edərkən Kral dəniz piyadalarının baş zabiti Maqovan deyib:
 
"Biz aydın şəkildə bəyan etmişik ki, döyüş sursatlarına sərf etdiyimiz xeyli pullar bütün sahələrdə üzləşdiyimiz təhdidlərə uyğun gəlmir. Biz aydın şəkildə anlatmışıq ki, inteqrasiya edilmiş müdafiəyə daha çox, rekord məbləğdə pullar lazımdır".
 
Ölkənin sabiq müdafiə naziri Mark Fransua Maqovana deyib ki, Böyük Britaniya "Putinlə iki aydan çox döyüşə bilməz, çünki bizim döyüş sursatlarımız və bunun üçün avadanlıq ehtiyatımız yoxdur".
 
"Bu, doğrudur, elə deyilmi?", - Fransua deyib. Maqovan etiraf edib ki, bu, doğrudur.
 
Şapps əlavə edib ki, istənilən belə münaqişə NATO üzrə müttəfiqlərlə aparılacaq, Böyük Britaniya ayrıca olaraq deyil, onlar kollektiv şəkildə Rusiyaya üstün gələ bilər.
 
"Birləşmiş Krallığın istisnasız olaraq Rusiya ilə müharibəyə hazır olmadığını müşahidə edən və eşidən adamların bunu anlaması vacibdir, çünki biz NATO-dayıq və 5-ci maddə mövcuddur", - Şapps deyib.
 
Bu diskussiya İcmalar Palatasının müdafiə Komitəsinin Böyük Britaniya Silahlı Qüvvələrinin Rusiya ilə müharibəyə hazır olmadığını aşkar edəndən sonra baş verib. 
 
Deputatlar bəyan edib ki, Silahlı Qüvvələrin "əməliyyatlarda iştirak etmək, eyni zamanda döyüş hazırlığını inkişaf etdirmək" üçün daha çox maliyyələşməyə ehtiyacı var.
 
Şapps deputatlara deyib ki, Ukraynada müharibə dronlarla döyüş əməliyyatlarının ölümcül, amma baha olmadığına görə vacibliyini göstərib.
 
Lakin o, xəbərdarlıq edib ki, "baza hərbi vasitələr və döyüş sursatları" gələcəkdə istrənilən münaqişədə vacib olaraq qalır.
 
***
 
Böyük Britaniya Ukraynaya 60 milyon funt sterlinq məbləğində (75 milyon dollar) yeni hərbi yardım paketi ayıracaq və buraya dronlar və hava hücumundan müdafiə vasitələri daxildir.
 
Yardım paketinə həmçinin 20 milyon funt sterlinq (25 milyon dollar) Ukrayna səmasının təhlükəsizliyi üçün hava hücumundan müdafiə sistemlərinə ayrılıb.
Seçilən
83
33
Mənbələr
Şərh ()
Bağla