AZ

Litva hava hücumundan müdafiə sistemləri üçün radarları Ukraynaya təhvil verəcək

Vilnüs Ukraynanın hava hücumundan müdafiə sistemində daha bir boşluğu “örtmək” niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki, Litva radarlar alıb Kiyevə təhvil verəcək.

 

Almaniyadan Ukraynaya Patriot komplekslərinin yeni tədarükü ilə əlaqədar Litva hava hücumundan müdafiə sistemləri üçün radarları Kiyevlə bölüşəcək.

 

Müvafiq bəyanatla bu Baltikyanı ölkənin müdafiə naziri Laurinas Kasciunas çıxış edib.

 

O vurğulayıb ki, Vilnüs Ukraynanın hava hücumundan müdafiə sistemində daha bir boşluğu “örtmək” niyyətindədir. Litva radarlar alıb Kiyevə təhvil verəcək.

 

Lrytas.lt portalı Kasciunas-dan sitat gətirir: "Hazırda biz Ukrayna hava məkanının təhlükəsizliyinin mümkün qədər tez təmin edilməsinə töhfə vermək üçün prioritetlərimizi nəzərdən keçiririk".

 

Nazir qeyd edib ki, Ukraynada da demək olar ki, bütün növ sursat yoxdur. Ona görə də Litva da mərmi alıb Kiyevə ötürməyə hazırlaşır.

 

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO-ya üzv olan bir sıra ölkələr tezliklə “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərarını elan edə bilərlər.

 

Bunu artıq ilk belə ölkə olan Almaniya həyata keçirib.

 

Nigar

 

Seçilən
129
29
Mənbələr
Şərh ()
Bağla