AZ

Şolts Putinlə 2022-ci ilin dekabrından danışmadığını bildirib

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə son söhbətinin 2022-ci ilin dekabrında baş verdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın “Maerkische Allgemeine Zeitung” nəşri məlumat yayıb.

Şolzun sözlərinə görə, bundan əvvəl onlar Putinlə daha tez-tez danışırdılar. Kansler xüsusi hərbi əməliyyat başlamazdan bir müddət əvvəl Moskvaya necə gəldiyini xatırladıb.

“Koronavirusdan narahat olduğu üçün onunla oturmalı olduğum o uzun masanı xatırlayırsanmı? Həmin vaxt söhbətimiz dörd saatdan çox çəkdi”, – Şolz bildirib.

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla