Sıradan çıxmış maşınların üzərində kosmetik dəyişiklik edərək Azərbaycana gətirirlər
Ekspert bildirib ki, hibrid və elektromobillər avtomobil bazarında canlanma yaradır: “Bu avtomobillərin müasir növlərinə üstünlük verilməlidir. Ən çox işlənmiş, sıradan çıxmış maşınların üzərində kosmetik dəyişiklik edərək alverçilər tərəfindən Azərbaycana gətirilir. Bu avtomobillərdən yaxa qurtarmaq üçün avtomil bazarında ciddi dəyişikliklər etmək lazımdır.
Azərbaycanda hibrid və elektromobillərə güzəştlər tətbiq edilməlidir. Dillerler yeni kampaniya başladıblar. Rəsmi zəmanət 6 il müddətinə götürülür. Digər tərəfdən 150-160 min km zəmanət verilir.
Hal-hazırda banklarda hibrid və elektromobillərə güzəştli kreditlər verilir. Bunün özü çox müsbət addımdır”.