AZ

Azərbaycan boksçuları beynəlxalq turniri 21 medalla başa vurdu

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib.

Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kq) qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızıl medala sahib olub.

57 kq-da Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan) döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adına yiyələnib.

Onların uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Avropa Oyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan) güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Digər boksçularımızdan Əzrək Bəbirov (60 kq), Murad Allahverdiyev (86 kq) və Alfonso Dominqes (92 kq) ikinci yeri tutublar.

Təltifolunma mərasimində Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və gənclər və idman naziri Fərid Qayıbov da iştirak ediblər. Onlar müvafiq olaraq, 48 kq və 57 kq çəkidə qalibləri mükafatlandırıblar.

Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) birinci, Mehparə Məmmədova (48 kq), Günel Rəhimova (50 kq), Lalə Namazlı (63 kq) ikinci, Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva, Aysu Dərvişova (hər ikisi 60 kq), Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kq), Sərxan Budaqovla (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) üçüncü olub.

Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında ikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.

Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçusu, Nəsrəddin Məmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib. 
Seçilən
78
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17154
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15472
Səidə Sultan klipi üçün lüt soyundu
12012
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10639
Faiq Sadıqov
9671
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9489
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6079
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5959
Gənc aparıcı vəfat etdi - FOTO
5857
10 yaşlı uşağın faciəvi ölümü
5576
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5531
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5484
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5039
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4386
Ruslan Müşfiqabadlının anası vəfat edib
4018
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3488
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3306
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3294