Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəMingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən yataqxanabinasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatlaəlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə XidmətininMingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləricəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınyeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsindəbaş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğıngenişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləriçərçivəsində bina sakinləri təxliyə edilib.
Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxtakonstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağınyanar konstruksiyaları yanıb.
Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alanyoxdur.