İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 32 min 552 nəfər həyatını itirib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında yaralananların sayının isə 74 min 980-ə yüksəldiyini açıqlayıb. Açıqlamada son 24 saatda İsrailin blokadası altındakı Qəzza zolağına təşkil edilən 6 hücumda 62 fələstinlinin həyatını itirdiyi, 91 nəfərin isə yaralandığı bildirilib.
Əfsanə Rəcəb Manşet.az