AZ

Putindən “F-16” ilə bağlı açıq xəbərdarlıq: “İstifadə edilərsə, vuracağıq”

Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində hərbi aviasiya təlim mərkəzinə baş çəkərkən “F-16” ilə bağlı açıq xəbərdarlıq edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Burada hərbi pilotlarla söhbət edən Putin Rusiya ordusunun aviasiya bölməsinin Ukraynadakı münaqişələrdə səmərəli işlədiyini və nəticəyə töhfə verdiyini vurğulayıb. Putin, “Ukrayna F-16-ları üçüncü ölkələrin hava limanlarında qanuni hədəfimiz olacaq” deyib. Dəfələrlə döyüş təyyarəsi ilə uçduğunu və döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirən Putin Rusiyanın Su-34 bombardmançı, Su-30 və Su-57 yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox yaxşı iş gördüyünü qeyd edib. Əfsanə Rəcəb Manşet.az  

 

phrase_var_article.chosen
113
49
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close