AZ

Panik atakın 2 səbəbi-Yoxlanın


Çox zaman panik atak tutmalarını psixi problem və təşviş pozuntusu ilə əlaqələndirirlər. Həkimlər xəstədə panik atak olduğunu gördükdə, ciddi səbəb tapmır və psixiatra yönləndirir.


“Medicina” xəbər verir ki,terapevt Yelena Popova fiziki səbəblərdən də panik atakın ola biləcəyini açıqlayıb.


“Stress, qorxu və psixoloji səbəblərdən başqastimulə edici vasitələr də panik atak yarada bilir. Məsələn, kofein tərkibli içkilər çox içdikdə. Eləcə də ürək xəstəlikləri, aritmiyası olanlarda da panik tutma olur.

Psixi olaraq panik atak irsi,genetik psixi pozulmalardan, özünə nəzarətin zəif olmasl və təşvişə meyilliklə əlaqədardır.

Əgər ilk dəfə panik atak yaşadınızsa, mütləq diaqnostika üçün həkimə müraciət edin.


Panik atak qorxulu fizioloji əlamətlər də verir:


-Ürəkdöyünmə
-Tərləmə
-Tənəffüsün çətinləşməsi
-əsmə
-Başgicəllənmə
-Ürəkbulanma

-Ölüm qorxusu
-Bədəndə əsmələr və s.

Aygün Musayeva

Seçilən
84
4
Mənbələr
Şərh ()
Bağla