AZ

"Cahan-Sənaye Komplesi" cərimələnə bilər

"Cahan-Sənaye Komplesi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
73
4
Mənbələr
Şərh ()
Bağla