AZ

Azərbaycanlı fotoqraf Şakiranı çəkdi

ABŞ-də yaşayan azərbaycanlı fotoqraf Nika Vəkilova məşhur kolumbiyalı müğənni Şakiranın fotolarını çəkib. 

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. N.Vəkilova qeyd edib ki, dünya ulduzunun pərəstişkarı olub: 

“Onunla işləmək arzusunda idim və bu gün gəlib çatdı. Şakiranın bu yaxınlarda işıq üzü görən “Las Mujeres Ya No Lloran” albomundan Qrupo Frontera ilə dueti olan “Entre Parentesis” üçün çəkilmiş son videosundan bəzi pərdəarxası kadrları paylaşmaqdan məmnunam”.

Qeyd edək ki, Nika Vəkilova “Karvan” qrupunun təsisçiləri Mikayıl Vəkilov və Sevinc Kərimovanın qızıdır. Hazırda ABŞ-də yaşayıb fəaliyyət göstərən N.Vəkilova moda portret janrında ixtisaslaşıb və dünya dəb jurnallarında fəaliyyəti ilə məşhurlaşıb.

phrase_var_article.chosen
78
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close