AZ

Şakira fotosessiyasını azərbaycanlı fotoqrafa etibar etdi

ABŞ-da fəaliyyət göstərən Azərbaycan əsilli fotoqraf Nika Vəkilova dünya ulduzu Şakiranın fotosessiyasını edib.

Teleqraf.com xəbər verir ki, Nika Vəkilova bu haqda İnsataqram hesabında məlumat yerləşdirib:

"Yadımda qalan müddət ərzində onun inanılmaz istedadının böyük pərəstişkarı olmuşam. Onunla işləmək mənim arzum idi və nəhayət, o gün gəlib çatdı. Şakiranın yenicə buraxılmış "Las Mujeres Ya No Lloran" ("Qadınlar artıq ağlamaz") albomundan "Entre Parentesis" adlı ən son musiqi videosunun pərdəarxası şəkillərini paylaşmaqdan hədsiz dərəcədə həyəcanlıyam".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
64
2
Mənbələr
Şərh ()
Bağla