AZ

Aşıq Mübarizdən SƏRT AÇIQLAMA: "Pünhan həddini aşmışdı, cavabını da aldı"

Pünhan mənə qarşı həddini aşmışdı, cavabını da aldı. Dəfələrlə hörmətsizlik edib, dözmüşəm, səbr etmişəm. Açığı, onun əlindən yığmışdım, nə vaxtsa dərsini verməli idim". 

Qlobal.net xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında aşıq Mübariz Pünhan Piriyevlə arasında olan qalmaqala aydınlıq gətirərkən deyib.  

Aşıq Mübariz bildirib ki, Pünhan Piriyevə dəfələrlə zəng etsə də, müğənni onun telefonunu açmayıb: "Mənə qarşı hörmətsizlik edirdi. Kamera qarşısında adamı söyüb, sonra qaçıb gizlənmək hünər deyil. Pünhan İllərdir belə davranış sərgiləyir. Nəhayət ki, səbr kasam doldu, verilişdə birdən-birə açıldım, ürək sözlərimi dedim". 

Aşıq Mübariz qeyd edib ki, bir qrup yeniyetmə də Pünhan Piriyevə qoşulub: "Onu görüb haqqımda uşaq-uşaq da fikirlər sayaqlayırdı. Bunun axırı pis qurtaracaqdı. Manaf Ağayev dünən bizi çağırdı və barışdırdı. Mən orada da Pünhana dedim ki, sən sənətə dünən gəlmisən, mən isə 30 ildir sənətdəyəm, toylara gedirəm, hör ətin olsun, qanacağın olsun, sən kimsən ki, mənim yanımda at oynadırsan? Dedim ki, belə hərəkət etmə. Nəinki mən, başqa sənət adamları da var, hamısı səndən yanıqlıdırlar. Səni görməyə gözləri yoxdur, yığışdır bu davranışı. Adam sənətə belə gələr? Sənətə də kişi kimi və mərdliklə gələrlər. Pünhanın sənəti var, amma bir qəpiklik adam deyil. 3 gündür ki, rahatlığım yoxdur, hamı zəng edir ki, bu nə məsələdir". 

Aşıq Mübariz müğənni Manaf Ağayevin hadisəyə qarşıması məsələsini belə izah edib: "Manafla 20 ildir dostam. Zəng etdi ki, Mübariz dur gəl filan ünvana. Mən də getdim, içəri girəndə baxdım ki, Pünhan da ordadır, dala qayıtmağa yeri yox idi. Manaf and verdi ki, uşaqdır, bir səhv edib, bizi barışdırdı. Manaf Ağayev qeyrətli oğlandır, ürəyi təmiz insandır. Allah onu qorusun. Onu da gözü götürməyənlər çoxdur. Elə məni də gözü götürməyənlər az deyil".  

Qeyd edək ki, aşıq Mübarizlə müğənni Pünhan Piriyev arasında qalmaqal yaranıb. Pünhan Piriyev sosial səhifə hesabında Aşıq Mübarizi təhqir edib, qarşı tərəf də ona sərt cavab verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17737
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12709
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10093
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3929
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3270
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3097
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2656
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2302
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2125
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1605
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1110
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1023
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
987
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
896
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
793