AZ

Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

Editor.az  sportinfo.az-a istinadla bildirir ki, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.

O. Bakıda “Bayer”ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.

Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq.

Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.

“Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1.

Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib.

Sarı kart alan Elvin fitnal fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq “kotostrofa” ifadəsini işlədib.

Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. Son vaxtlar davamlı hal alan aqressivliyi Qurban Qurbanovu da hiddətləndirib.

“Qarabağ”ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib. Təcrübəli mütəxəssisin bundan dolayı Elvini böyük miqdarda cərimələməsinə dair məlumat almışıq.

Əldə etdiyimiz informasiyaya görə, Qurbanov Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir.

Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22990
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14174
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11365
Helikopterin qalıqları tapılıb
9040
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7999
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7005
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4826
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4295
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4095
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3852
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3553
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2083
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1620
Azərbaycan nefti ucuzlaşdı
1619
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355