AZ

Maykl Ceksonun övladları ÜZƏ ÇIXDI – FOTO 

Popun kralı Maykl Ceksonun varislərinin adları son vaxtlar mətbuatda çox hallanır. Buna səbəb isə sənətçinin kiçik oğlu ilə öz nənəsi arasında miras məsələləri ilə bağlı keçirilən məhkəmə prosesləridir. Uzun müddətdir ictimaiyyətə görünməyən Ceksonun qızı və oğulları üzə çıxıblar. 

Bizim.Media xəbər verir ki, Paris, Şahzadə və Blunkett ataları haqqında musiqili filmin təqdimatına həsr olunmuş mətbuat gecəsinə qatılıblar. 

Tədbir Londondakı Şahzadə Edvard Teatrında keçirilib. 22 yaşlı Blunkett həmişəki kimi bir az sərt görünüşü ilə diqqətləri üzərinə cəmləyib. Lakin onun böyük qardaşı 27 yaşlı Şahzadə və bacısının yanında xoşbəxt görünməsi nəzərdən qaçmayıb. 





Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
113
25
Mənbələr
Şərh ()
Bağla