AZ

Şahzadə bu klubu da ala bilmədi

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman Fransa Liqa 1-də çıxış edən “Monako” klubunu almaqda maraqlı olub. SİA xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ancaq klubun sahibi rusiyalı Dmitri Rıbolovlev aparılan danışıqlar uğursuz olub. İş adamı şahzadədən yüksək məbləğ tələb edib. Məbləğ açıqlanmasa da, qiymətin İbn Salmanı qane etmədiyi açıqlanıb.

O, daha əvvəl “Marsel”i almaqda maraqlı olsa da, bu klubunun sahibləri ilə də danışıqlar nəticəsiz qalıb.

Xatırladaq ki, “Monako” 10 ildən artıqdır Rıobolovlevə məxsudur. O, ölkəsinin vətəndaşlığından imtina etdiyinə görə Avropada rusiyalı iş adamlarına tətbiq etdilən sanksiyalardan yayına bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla