AZ

Qəbul imtahanları ərəfəsində gözlənilən SÜRPRİZLƏR: “Birinci və ikinci ixtisas qruplarından fərqli olaraq…”

“Düşünürəm ki, bu il İT yönümlü ixtisaslarda rəqabət mühiti özünü daha çox göstərəcək”.

Bu fikirləri qəbul imtahanlarında ixtisas qruplarında ildən-ilə artan rəqabət və ehtimal olunan dəyişikliklər haqda danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət sifarişli plan yerlərinin artırılması abituriyentlərə əlavə motivasiya verir:

“Qəbul imtahanlarına artıq sayılı günlər qalıb. Bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayında artımla bağlı rekord nəticə qeydə alınacaq. Ötənilki imtahanlarda dövlət sifarişli yerlərin sayının artırılması müsbət rəqabətə gətirib çıxarmışdı. Xüsusilə, birinci və ikinci ixtisas qruplarında dövlət sifarişli plan yerlərinin artırılması abituriyentlərdə xüsusi motovasiyaya səbəb oldu.

Dövlət sifarişli yerlərin artırılması xüsusi monitorinqlərin, tələb-təklif prinsiplərinin şərtləri əsasında həyata keçirilir. Məsələn, birinci ixtisas qrupu üzrə dövlət sifarişli yerlər daha çox İnformasiya Texnologiyaları əsaslı ixtisaslarda – kompyuter mühəndisliyi, kompyuter elmləri, informasiya təhlükəsizliyi istiqamətində olan plan yerlərinin sayında artım müşahidə edildi.

Çünki dövlət gələcəkdə bu kimi ixtisaslara daha çox tələbatın olduğunu nəzərə alaraq, həmin ixtisaslarda təhsil alan tələbələrin təhsil haqqını öz üzərinə götürməkdə maraqlıdır. Birinci və ikinci ixtisas qrupundan fərqli olaraq, ötən il üçüncü ixtisas qrupunda, xüsusilə, pedoqoji yönümlü ixtisaslarda dövlət sifarişli plan yerlərinin sayı azaldıldı. Bu da əmək bazarında müəllimlərin sayının kəskin artması ilə bağlı ola bilər.

Cari ildə də əvvəlki illərə yaxın mənzərənin şahidi olacağıq. Fikrimcə, bu il də birinci və ikinci ixtiss qruplarında dövlət sifarişli yerlərin sayının artırılması gözlənilsə də, üçüncü qrupda bu tam əksinə ola bilər. Düşünürəm ki, bu il İT yönümlü ixtisaslarda rəqbət mühiti özünü daha çox göstərəcək. Dördüncü və beşinci ixtisas qruplarında hər il vəziyyət stabil qalsa da, üçüncü ixtisas qrupunda dövlət sifarişli plan yerlərin azaldılması pedoqoji yönümlü ixtisaslarda rəqabəti daha da gücləndirəcək”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22964
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14423
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13999
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11359
Helikopterin qalıqları tapılıb
8929
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7982
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6983
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4773
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4113
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3835
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3545
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2074
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1617
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1565
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355