AZ

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb

Gürcüstanda ölüm halları doğum nisbətini ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə Gürcüstanda 40 214 uşaq doğulub. Bu da bir il əvvəlkindən 5% azdır. Yeni doğulanların 21 010-u oğlan, 19 204-ü isə qızlardır.

Ötən il Gürcüstanda 42 756 ölüm halı qeydə alınıb. Bu da 2022-ci illə müqayisədə 13% azdır.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstanda 42 319 uşaq doğulub. 49 118 nəfər isə dünyasını dəyişib.

phrase_var_article.chosen
136
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close