AZ

Yaponiyanın əhalisi azalır: 75 ilin ən aşağı statistikası

Yaşlı əhalinin artdığı ölkədə oktyabr ayı rəqəmlərinə görə əhali əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə enib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi əhali haqda məlumatlarını paylaşıb.

Ölkədə əhalinin sayı son 13 ildə dəfələrlə azalıb. Son məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.

1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu azalma son 75 ildə ən dramatik azalması olub.

Ayşən
Seçilən
183
36
Mənbələr
Şərh ()
Bağla